Geri
LDU-da Elmi Şuranın son iclası keçirilib.
21 dekabr 2021–ci il tarixində Lənkəran Dövlət Universitetində(LDU) fəaliyyət
göstərən Elmi Şuranın son iclası keçirilib. Elmi Şuranın sədri, universitetin
rektoru, professor Natiq İbrahimov şura üzvlərini salamlayaraq iclasın gündəliyində duran məsələlərlə tanış
edib. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl ölkədə təhsilin
inkişafına göstərdiyi yüksək diqqət və qayğıya, təhsil işçilərinin, tələbə-magistrant,
doktorantların əmək haqqlarının, təqaüdlərinin artımına və anadan olmasının 60
illik yubileyi münasibətilə ölkə başçısı cənab İlham Əliyevə təbrik məktubunun ünvanlanması yekdilliklə qərara alınıb.
Professor Natiq İbrahimov şuranın son iclasında 1il
müddətində LDU-da görülən işlər, aparılan islahatlar, maddi-texniki bazanın
yenilənməsi istiqamətində atılan addımlar barədə qısa məlumat verərək qarşıdakı
hədəflərdən danışıb.
Elmi Şurada müzakirəyə çıxarılan ilk məsələ “Payız
semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti.II kollokviumların gedişi”
barədə Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor, dos.
İdrak Əsgərov məlumat verib. Bildirib ki, payız semestrinin imtahan sessiyası əyani
formada təşkil olunacaq və sessiyaya hazırlığın vəziyyəti qənaətbəxşdir. Əyani təhsilalma forması üzrə imtahanlar
06.01.2022-ci il tarixində başlayıb 01.02.2022-ci il tarixində , qiyabi təhsilalma
forması üzrə birinci-dördüncü tədris ili qruplarında imtahanlar isə
6.01.2022-ci il tarixində başlayıb 14.01.2022-ci il tarixində,beşinci tədris
ili qruplarında isə 26.01.2022-ci il tarixində başlayıb 29.01.2022-ci il
tarixində bitəcəkdir. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində
şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal
aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə
Operativ Qərargah yaradılmışdır. Hər il olduğu kimi bu ildə imtahan nəticələri
universitetin rəsmi saytında İKT mərkəzi tərəfindən yerləşdiriləcəkdir. İdrak
Əsgərov fakültə dekanlarını və kafedra müdirlərini qarşıdakı imtahan
sessiyasında daha məsuliyyətli olmağa, üzərlərinə düşən vəzifələri operativ yerinə yetirməyə çağırıb. Məruzəçinin pandemiya şəraiti nəzərə alınaraq
davamiyyət faizinin 20% dən 25% - ə qaldırılması təklifi şura üzvləri tərəfindən
dəstəklənib və qəbul edilib.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə
payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” haqqında kollecin direktoru, dos. Ruslan Həmidovun
məlumatı dinlənilib. Məruzədə bildirilib ki, kollecdə payız semestrinin imtahan sessiyası əyani
formada təşkil olunacaq və koronavirus infeksiyasının
(COVİD-19)profilaktikasına dair metodiki göstərişlərə əməl olunacaq. İmtahan
sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi
təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədilə Operativ qərərgah və Apellyasiya
Komissiyası yaradılıb.R.Həmidov qarşıdakı imtahan sessiyasına hazıqlıq işlərinin
tamamlanmaq üzrə olduğunu deyib.
Elmi Şurada “Universitetdə keçiriləcək Elmi
Konfransa hazırlığın vəziyyəti” də müzakirə edilib. Bu barədə Elm və innovasiya
məsələləri üzrə prorektor, dos. Elvin
Əliyev məlumat verib. Bildirib ki, qarşıdakı elmi konfransda LDU-nun müəllim və
doktorantları ilə yanaşı, ölkəmizin və Türkiyə Respublikasının professor-müəllim
heyəti də qatılıb və ümumilikdə konfransa 200-dək tezis daxil olub.
Sosial məsələlər üzrə prorektor, dos. Kamran
Kazımov “Cari ildə Universitetdə sosial sahədə görülən işlər
haqqında” hesabat verib. Hesabatda bildirilib ki, LDU-da ötən il ərzində bütün
dövlət bayramları, ələmətdar günlər, milli bayramlar müəllim və tələbələrin
iştirakı ilə qeyd edilib, bu münasibətlə tədbirlər keçirilib. Kamran Kazımov
universitetdə keçirilmiş maarifləndirici tədbirlər barədə də danışıb. Qeyd edib
ki, LDU-nun tələbələri universitetdən kənarda keçirilmiş ümumrespublika tədbirlərində
də fəal iştirak ediblər.
“Universitetin 2022-2030-cu illər üçün Strateji
İnkişaf Planı”nı da Elmi Şuranın son iclasında müzakirə olunub. Bu barədə
rektorun strateji inkişaf üzrə müşaviri, professor Telman İmanov məlumat verib. Bildirib ki, 2022 – 2030 - cu illəri əhatə edən yeni inkişaf
strategiyası daxili və xarici çağrışlara cavab olaraq universitetin bütün faəliyyət
istiqamətləri (təhsil proqramları, tələbələrin, professor - müəllim heyətinin,
məzunların, elmi - tədqiqat işlərinin, maliyyə - iqtisadi idarəetmənin, tədris
metodiki işlərin, infrastrukturun və informasiya - texniki bazanın keyfiyyətinin yaxşılaşdırılması,
kommunikasiya və sosial - tərbiyə siyasəti) üzrə innovasiya yönümlü dayanıqlı
sistemin formalaşmasına xidmət göstərir. LDU-nun təhsil xidmətləri bazarında rəqabət qabiliyyətinin
yüksəldilməsinə istiqamətlənən zəruri islahatlar, dəyişikliklər məhz ali tədris
müəssisəsinin strateji inkişaf planının reallaşması nəticəsində konkret nailiyyətlərin
əldə edilməsinə imkan yaradacaq.
Elmi Şuranın son iclasında Beynəlxalq əməkdaşlıq
şöbəsinin illik hesabatını şöbənin
müdiri, dos. Zaur Məmmədov təqdim edib. Bildirib ki, 31 mart 2021-ci il
tarixində Lənkəran Dövlət Universiteti
ilə Belarusun Baranoviç Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq
müqaviləsi sənədlər dövriyyəsi vasitəsilə (onlayn), 27 aprel 2021-ci il
tarixində Meksikanın Anahuac Universiteti,
4 oktyabr 2021-ci il tarixində ABŞ-ın Azərbaycandakı
Səfirliyi arasında Anlaşma Memorandumları imzalanıb. Eyni zamanda, 15 oktyabr 2021-cil il tarixində Lənkəran Dövlət
Universiteti ilə Mingəçevir Dövlət Universiteti , 25 oktyabr 2021-ci il
tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında Anlaşma
Memorandumları,10 dekabr 2021-ci il tarixində Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlıq
müqaviləsi imzalanıb.Zaur Məmmədov Türkiyə universitetləri ilə birgə keçirilən
dərslərdən, LDU-nun iştirakçısı olduğu beynəlxalq layihələrdən, birgə keçirilmiş
beynəlxalq elmi-praktik konfranslardan şura üzvlərinə ətraflı məlumat verib, qarşıda
duran vəzifələrdən danışıb.
Elmi Şurada digər cari məsələlərə də baxılıb və
müzakirə edilən məsələlər barədə müvafiq qərarlar qəbul edilib.
İclası
yekunlaşdıran professor Natiq İbrahimov qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və yeni- 2022 ci il
münasibətilə şura üzvlərini təbrik edərək
xoş arzularını bildirib.