Geri
29/12/21
Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun yeni il təbriki.
Dəyərli həmvətənlər!
Hörmətli professor-müəllim-işçi heyəti!
Əziz tələbələr!
Hamınızı 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni- 2022-ci il münasibətilə ürəkdən təbrik edirəm.
Yeni-2022-ci ili bütün Azərbaycan xalqı böyük sevinc və fərəh hissi, xoş bayram ovqatı ilə qarşılayır. Bu gün qürur hissi ilə deyə bilərik ki, yola saldığımız 2021-ci il Azərbaycan tarixinə əlamətdar bir il kimi daxil oldu, möhtəşəm yeniliklərlə yadda qaldı. Ən əsası, 2021-ci ildə xalqımız erməni qəsbkarlarından azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinə start verdi. Böyük Zəfər yolunun, Füzuli hava limanının istifadəyə verilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni sosial infrastrukturun yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yola saldığımız ilin ürəkaçan yeniliklərindəndir. Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması isə başa çatmaqda olan 2021-ci ilin ən böyük siyasi nailiyyəti oldu. Azərbaycan xalqının böyük oğlu, siyasi lideri İlham Əliyevin 60 illik yubileyinə ən layiqli hədiyyə, töhfə isə, sözsüz ki, erməni qəsbkarları üzərində qazanılan möhtəşəm Zəfər idi!
İllər ayrıcında qeyd etmək istəyirəm ki, yola saldığımız il LDU üçün elmi uğurlarla yaddaqalan oldu. Yeni ixtisaslar üzrə tələbə hazırlığına başladıq, maddi-texniki bazamızı gücləndirdik, beynəlxalq əlaqələrimizi genişləndirdik. LDU-nun yeni Elmi kitabxanası tələbə və müəllimlərin istifadəsinə verildi, yeni tədris korpusunun əsası qoyuldu, keçmiş qızlar yataqxanası tam şəkildə rekonstruksiya olunaraq müəllimlərə xidməti mənzillər kimi verildi.
Bu gün sevinc hissi ilə deyə bilərik ki, Lənkəran Dövlət Universiteti ölkənin qabaqcıl ali təhsil ocaqlarından biri olmağa iddialıdır. Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrimizin genişlənməsi dünya arenasında özümüzü təsdiq etməyə, sözümüzü deməyə imkan verir.
Qarşıdan gələn 2022-ci il üçün hədəflərimiz, planlarımız daha böyükdür.Yeni ilimizdə yeni tədris korpusunun istifadəyə verilməsini, oğlanlar üçün yataqxana binasının açılışını planlaşdırmışıq. Həmçinin, universitetin yardımçı təsərrüfatını genişləndirməyi, Baytarlıq klinikasını yaratmağı, maddi-texniki bazanı yeniləməyi prioritet vəzifə kimi qarşıya qoymuşuq.
İnanıram ki, LDU kollektivi yeni ildə də mehriban bir ailə kimi fəaliyyətini uğurla davam etdirəcək, yeni ilklərə imza atacaq. Bu yolda hamınıza uğurlar, möhkəm can sağlığı, xoş bayram ovqatı ,könül xoşluğu arzulayıram.
Qoy yeni-2022 -ci il hamınız üçün sülh, əmin-amanlıq ili olsun! Xalqımıza sevinc, fərəh, bolluq, firavanlıq, hər birimizə xoşbəxtlik gətirsin! Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq qalan həmvətənlərimizə yeni uğurlar, can sağlığı, bayram sevincləri, xoş ovqat arzulayıram.
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Mənbə: