Geri
Elmi şurada imtahan sessiyasının nəticələri müzakirə edilib
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın
növbəti iclası keçirilib. İclası Elmi şuranın sədri, universitetin rektoru,
professor Natiq İbrahimov açaraq bildirib ki, bu dəfəki
şurada müzakirəyə çıxarılan əsas məsələ universitetdə və LDU nəzdində Sosial və Aqrar Texnoloji
Kollecdə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinin
müzakirəsi olacaq.
LDU-nun Tədrisin təşkili və keyfiyyətə nəzarət şöbəsinin
müdiri Asif İmanlı universitetdə 2021/2022-ci
tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri barədə ətraflı
məlumat verib.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə
2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri
haqqında məlumatı kollecin direktoru dos. Ruslan Həmidov təqdim
edib.
Hər iki məsələ ətrafında geniş fikir mübadiləsi
edilib, təklif və rəylər dinlənilərək müzakirə olunub.
“Azərbaycan
müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsinin
yekunları ilə bağlı Elmi katib
Allahşükür Quliyev məlumat verib.
Elmi şurada bir sıra cari məsələlər də müzakirə
edilib və müvafiq qərarlar qəbul olunub.