Geri
05/03/22
“Qəhrəmanlar unudulmur”
Bu gün Lənkəran Dövlət Universitetində (LDU) “Zəfər” Şəhid ailələrinə dəstək İB-nin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi istiqamətində keçirilən tədbirdə universitet rəhbərliyi, tələbələr, ziyalılar, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri iştirak edib.
Tədbirə Azərbaycanın müstəqilliyi və torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start verilib.
LDU-nun sosial məsələlər üzrə prorektoru, şəhid atası, dosent Kamran Kazımov 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan gənclərinin qazandığı böyük döyüş uğurlarından, ölkədə yaşanan yüksək vətənpərvərlik ab-havasından, Vətən müharibəsində gənclərin göstərdiyi fədəkarlıqdan danışıb, canlarından keçmiş şəhidlərin xatirəsinin daima xalqın yaddaşında əbədi yaşayacağını deyib.
Tədbirin moderatoru- “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri, aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə ölkədə Vətən uğrunda qurban gedən oğulların tanıdılması istiqamətində təşkilatın gördüyü işlərdən söz açıb, şəhid aillələrinin üzvlərinə dövlət dəstəyindən və xalqın göstərdiyi ehtiramdan danışıb, ölkəmizdə 44 günlük Vətən savaşında xalqımızın qazandığı böyük Zəfərdən sonra gənclərin vətənpərvərlik ruhunun yüksək olduğunu xüsusi vurğulayıb.
MDTF-nin icraçı direktoru Mehman İsmayılov, qazi Elçin Tağıyev, tələbələrdən Rəsul Rzayev, Tünzalə Hüseynzadə, Müjgan Babazadə çıxışlarında keçirilən tədbiri yüksək dəyərləndirərək, ölkədə və LDU-da bu istiqamətdə aparılan işlərdən, qarşıda duran vəzifələrdən söz açıblar.

Mənbə: