Geri
31/03/22
LDU-da soyqırım qurbanlarının xatirəsi anılıb.
Lənkəran Dövlət Universitetində (LDU) 31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş anım tədbiri keçirilib. Onlayn formatda keçirilən konfrans günahsız qurbanların xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsi ilə başlanıb.
LDU-nun rektoru, professor Natiq İbrahimov bir əsr öncə baş vermiş faciədən ətraflı danışıb. Bildirib ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan, sonra ölkənin digər bölgələrində davam etdirilən, minlərlə günahsız insanın, o cümlədən, çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnən soyqırım günündən bizi 104 illik zaman fasiləsi ayırsa da, tarixdə heç nə unudulmur, heç nə də yaddan çıxmır. 1992-ci ilin 26 fevral Xocalı qətliyamının heç vaxt xalqın yaddaşından silinməyəcəyini deyən professor Natiq İbrahimov 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı, eyni zamanda, terrorçu dövlət olduğunu tam şəkildə sübuta yetirən yetərincə faktların mövcud olduğunu bildirdi. Qeyd etdi ki, Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını ortaya qoymuş oldu, qocaya, cavana, uşağa qıyan ermənilər müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdilər. Rektor II Qarabağ savaşında Azərbaycan Ordusunun qazandığı böyük Zəfəri təkcə zəbt olunmuş torpaqlarımızın qayıdışı deyil, həm də günahsız şəhidlərin intiqamının alınması kimi dəyərləndirib.
LDU-nun “Tarix və onun tədrisi metodikası kafedrası”nın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Asif İmanlı məruzəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününü ölkə tarixinin ən qanlı səhifəsi adlandırıb. Bildirib ki, Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı, Quba, Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
LDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov qətliam zamanı azərbaycanlılara məhz milli mənsubiyyətinə görə divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə , qarətlərə məruz qaldığını, məhz Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini deyərək bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, 1918-ci ilin martında Lənkəran quberniyasında baş verən hadisələrdən danışıb. Bildirilib ki, təkcə bu quberniyada martın 28-i-aprelin 2-si aralığında 2 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirilib, 40 kənd yandırılıb, əhalinin min zülmlə əldə etdiyi varidatı talan edilib.
Konfrans iştirakçılarının yekdil rəyi bu olub ki, xalqımızın məruz qaldığı faciələr gənc nəslə tədris edilməli, ermənilərin azərbaycanlılara qarşı törətdiklərinə hüquqi qiymət verilməli, haqq səsimiz dünya miqyasında ucaldılmalıdır.
Qeyd edək ki, bu gün universitetdə keçirilən dərslərdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günündən söz açılıb, günahsız qurbanların xatirəsi anılıb.

Mənbə: