Geri
29/04/22
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki.
Əziz tələbələr, Lənkəran Dövlət Universitetinin professor- müəllim-işçi heyəti!
On bir ayın sultanı sayılan, müsəlman dünyasının ən əziz bayramlarından olan Ramazan ilahi hikmətlər, barış, əmin-amanlıq, xeyirxahlıq ayıdır. Ramazanı müqəddəsləşdirən dini kitabımız olan Qurani-Kərimin məhz bu ayda Yer üzünə nazil olmasıdır.
Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu ilki Ramazan bayramı həm də Zəfər ovqatlıdır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında Prezident İlham Əliyevin söylədiyi nitqi, çıxışında verdiyi mesajlar hər birimizi bir daha qürurlandırdı, göstərdi ki, Azərbaycan yeni dövrə-Qalibiyyət dövrünə qədəm qoyub.
Bu sevincli gündə ilk öncə şəhid ailələrinin üzvlərini, vətən yolunda sağlamlığını itirənləri, həmçinin, LDU ailəsinin bütün üzvlərini ürəkdən təbrik edir, xoş bayram ovqatı, bayram əhval-ruhiyyəsi, süfrələrinizə ruzi-bərəkət, ailələrinizə firavanlıq, xalqımıza salamatlıq, dövlətimizə əmin-amanlıq arzulayıram.
Ramazan bayramınız mübarək!

Mənbə: