Geri

06/05/22

LDU-da iqtisadi mövzuda respublika elmi-praktik konfransı keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Regionların sosial iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda respublika elmi-praktiki konfransının işinə dövlət himnimizin ifası ilə start verilib.
Konfransı Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. Rektor giriş nitqində ulu öndərin Azərbaycan dövlətinin tarixində oynadığı roldan, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyətindən, təhsilin inkişafına göstərdiyi qayğıdan və bu uğurlu siyasətin prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb.
LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dos.Gülbəniz Əliyeva konfransda “Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda geniş məruzə edib. Məruzəçi bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu prioritet hədəflərdən biri də dünyada mövcud olan innovativ iqtisadiyyatın tələblərinə cavab verən, milli iqtisadi inkişaf modeli üzrə yeni iqtisadiyyatın formalaşdırılmasıdır və regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində yeni iqtisadiyyat kimi rəqəmsal iqtisadiyyat böyük aktuallıq kəsb edir. Gələcəkdə hər bir ölkənin sosial-iqtisadi inkişafı onun yeni iqtisadi mühitə adaptasiyası və yeniliklərin tətbiqi ilə müəyyən olunacaqdır-deyən məruzəçi qeyd edib ki, dünyanın əksər inkişaf etmiş ölkələrinin əmək qüvvəsinin təxminən 20-25%-i yüksək texnologiyalar və elm-təhsil sahəsində fəaliyyət göstərirlər və dünya ölkələri ənənəvi iqtisadi inkişaf modelindən innovativ inkişaf modelinə doğru sürətlə irəliləməkdədir.
Məruzədə bildirilib ki, bu istiqamətdə yüksək təhsilin, elmin inkişafı danılmaz faktordur və buna görə də elm və təhsil sahəsində investisiyaların həcminin artırılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin rolunun güclənməsi və əsasən emal sahəsində yüksək texnologiyaların aktiv tətbiq edilməsi hazırda inkişaf etmiş ölkələrdə əsas diqqət yetirilən sahələrdir. Bu istiqamətdə dövlətin qarşısında duran əsas vəzifə iqtisadiyyatın modernləşdirilməsi, rəqabət qabiliyyətliliyinin artırılması, yüksək ixtisaslı kadrların hazırlanması və bu istiqamətdə rəqəmsal iqdisadiyyatda innovativliyi və rəqabətliliyi təmin etməkdir.
Məruzə ətrafında LDU-nun Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dos. Əlixan Bədəlov və həmin kafedranın dosenti Natiq Mirzəyev çıxış ediblər. Çıxışlarda ölkənin ali təhsil sisteminin müasir təhsil sisteminə uyğun təkmilləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması, ölkənin innovasiya sistemi üçün effektiv qanunvericiliyin yaradılması, innovasiya fəaliyyəti ilə məşğul olan qurumların koordinasiyasını həyata keçirən təşkilatın yaradılması, aqrar sektorda innovativ metodların və elmi tədqiqatların dəstəklənməsi, istehsal effektivliyinin artırılması, istehlakçı-təchizatçı arasında əlaqənin gücləndirilməsi vəs.barədə danışılıb.
Plenar iclasdan sonra konfrans işini bölmələrdə davam etdirir. Konfransın işində ölkənin aparıcı ali təhsil ocaqlarının müəllimləri və tədqiqatçıları iştirak edir.

LDU-da iqtisadi  mövzuda  respublika elmi-praktik konfransı keçirilib.


Mənbə:
Paylaş: