Geri
20/05/22
“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”
18 may 2022-ci ildə Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar olaraq maarifləndirici seminar keçirilmişdir. Seminarı giriş sözü ilə Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açmışdır. Təbiyyat fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Ülviyə Ağazadə və Fizika müəllimlyi ixtisasının I tədris ili tələbəsi Yəhya Bayramov bərk və plastik məişət tullantılarının yaranması, ətraf mühitə vurduğu ziyan, onların idarə olunması sahəsində Respublikamızda görülən işlər haqqında ətraflı və maraqlı məruzə ilə çıxış etmişlər. Sonda dosent Ramiz Şəmmədov və Kimya və fizika kafedrasının müdiri dosent İsa Hüseynov Azərbaycan Respublikasının Prezidentinin sərəncamından sonra Respublikamızda görülən işlərin miqyası və əhəmiyyəti haqqında ətraflı məlumat vermişlər və sualları cavablandırmışlar.
Mənbə: