Geri
26/05/22
Su ehtiyatlarından səmərəli istifadə zamanın tələbidir.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planının icrası” ilə bağlı tədbir keçirilib.
Ekoloji mövzuda keçirilən seminarı Təbiyyat fakültəsinin dekanı dosent Ramiz Şəmmədov açaraq su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə və s.barədə danışıb, içməli su ehtiyatlarının çatışmazlığını hazırkı dünyanın qlobal problemi kimi dəyərləndirib. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrasından danışan R.Şəmmədov bu istiqamətdə təhsil müəsissələrinin üzərinə düşən öhdəliklər üzərində xüsusi dayanıb, ekoloji maariflənmənin vacibliyini önə çəkərək tələbələri əhalini məlumatlandırmağa çağırıb.
Ekologiya ixtisasının II tədris ili tələbəsi Tural Şahbazov, Kimya və biologiya müəllimliyi ixtisasının I tədris ili tələbəsi Nisə Musayevanın mövzu ilə bağlı çıxışları maraqla dinlənilib.
Tədbirin sonunda müxtəlif ərazilərdən götürülmüş su nümunələrinin çirklənmə dərəcəsi əyani olaraq ölçülüb, səbəbləri izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: