Geri
27/05/22
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun 28 May - Müstəqillik Günü münasibətilə Təbriki
Əziz həmvətənlər, Lənkəran Dövlət Universitetinin tələbələri, professor- müəllim, işçi heyəti!
28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü Azərbaycan tarixinin şərəf, qürur salnaməsidir. Bu gün bu şərəfli tarixdən bizi 104 illik zaman fasiləsi ayırır. Azərbaycan xalqı 28 Mayı şanlı tarixinin ən əlamətdar hadisəsi kimi böyük sevinc hissi ilə qeyd edir.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib. AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.
Müstəqillik, suverenlik, öz taleyimizi təyin etmək imkanı vətənimizin inkişafı üçün başlıca şərtdir. Bu gün biz Müstəqillik Gününü güclü və müstəqil Azərbaycanda, Zəfər sevinci ilə qarşılayırıq. II Qarabağ savaşında, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qazandığı böyük Qələbə sayəsində 30 il düşmən tapdağında qalmış əzəli torpaqlarımız geri qayıdıb, ərazi bütövlüyümüz təmin olunub. Bizə Zəfər sevincini yaşadan qəhrəman şəhidlərimizi bayram günündə bir daha ehtiramla yad edir, tanrıdan rəhmət diləyirik.
Bu əlamətdar tarixi gün münasibətilə hamınızı ürəkdən təbrik edir, xalqımıza əmin-amanlıq, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə bu yolda əzmkarlıq, vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi arzulayıram.
Müstəqillik Gününüz mübarək!

Mənbə: