Geri
02/06/22
“Narkotiklərə yox deyirik!”
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlər planınına uyğun olaraq Lənkəran Dövlət Universitetində (LDU) maarifləndirici seminar təşkil edilib.
Seminarı giriş sözü ilə Təbiyyat fakltəsinin dekanı, biol.üz.f.d. dos. Ramiz Şəmmədov açaraq iştirakçıları tədbirin məqsəd və məramı ilə bağlı məlumatlandırıb. Ramiz Şəmmədov narkotik vasitələr, onların yayılması yolları, narkomanlığa qarşı mübarizə ilə əlaqədar respublikada aparılan profilaktiki işlər, görülən tədbirlər barədə ətraflı məlumat verib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı ilə təsdiq edilmiş Dövlət Proqramının əhəmiyyəti haqqında danışıb. Bildirib ki, proqramın uğurlu icrası gənclərin fəal iştirakından, əməli mübarizəsindən çox asılıdır.
Tədbirdə tələbələrin mövzu ilə bağlı məruzələri dinlənilib. Seminarda narkotik vasitələrdən istifadənin cəmiyyət üçün yaratdığı faciələri əks etdirən videofilm nümayiş etdirilib, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

Mənbə: