Geri

16/06/22

İctimai şura sədri LDU-da imtahanların gedişini izlədi.


Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iki həftədir ki, davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov bu gün universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyib.
Tələbələrə bilik sınağından üzüağ çıxmağı, sessiyanı uğurla başa vurmağı tövsiyə edən şura sədri imtahan prosesinin gedişi ilə tanışlıq zamanı tələbələrin rəylərini də dinləyib.
Şura sədrinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb, Operativ Qərargahın işi barədə ətraflı məlumat verilib.
LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanışlıq Güloğlan Bağırovda xoş təəssürat yaradıb. Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldığını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirən İctimai şuranın sədri Güloğlan Bağırov prosesi əyani izləmək üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.
Qeyd edək ki, İctimai şuranın üzvlərinə imtahanların gedişini sessiya boyunca əyani izləmək imkanı yaradılacaq.

İctimai şura sədri  LDU-da imtahanların gedişini izlədi.


Mənbə:
Paylaş: