Geri
16/06/22
LDU-da Təhsil Nazirliyinin Qrant Layihəsinin icrası uğurla davam etdirilir
Azərbaycan Respublikası Təhsil Nazirinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində uğur qazanmış layihələrdən biri də Lənkəran Dövlət Universitetinin “Çay və sitrus bitkilərinin istehsal texnologiyasının, istifadə strukturunun, emal və saxlanma proseslərinin optimallaşdırılması və onun universitetin elmi və təhsil potensialının artırılmasına təsiri” mövzusunda layihəsidir. ( Xatırladaq ki, layihənin büdcəsi 144517 AZN-dir).
Qeyd edək ki, sözügedən layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi (“Donor”) ilə Lənkəran Dövlət Universiteti (“Resipiyent”) arasında 12 noyabr 2021-ci il tarixli müqavilə imzalanıb.
Layihənin məqsədi çay və sitrus meyvə bitkilərinin potensial məhsul istehsalının artırılması yollarının, istifadə strukturunun, emal və saxlama proseslərinin tədqiq edilməsi, optimallaşdırılması və bu barədə müvafiq tövsiyyələrin hazırlanmasıdır. Eyni zamanda, layihənin yerinə yetirilməsi zamanı alınan nəticələr universitetin elmi potensialını artırmaqla yanaşı, sahə mütəxəssislərinin hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcək.
Layihənin əsas xüsusiyyətlərindən biri də, onun icrasına universitet əməkdaşları ilə yanaşı, tələbələrin də cəlb edilməsidir.
Layihə çərçivəsində tədqiqat və təcrübə işləri Lənkəran Dövlət Universitetinin elmi-tədqiqat və tədris laboratoriyalarında, tədris-təcrübə sahəsində, həmçinin, “Lənkəran MMC Çay istehsalı və emalı” müəssisəsində və Meyvəçilik və Çayçılıq
ET İnstitutunun Lənkəran çay filialında yerinə yetirilir.
Çayçılıq və sitrus meyvəçiliyi sahəsində müasir beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən layihə iştirakçılarından bir qrupu 2022-ci il may ayının üçüncü ongünlüyündə Türkiyə Cümhuriyyətində, Gürcüstan Respublikasında və Rusiya Federasiyasında ezamiyyətdə olublar.
Belə ki, layihə rəhbəri, t.e.d. Mikayıl Məhərrəmov və iştirakçı, baş müəllim Mühəndis Cahangirov 23 may-28 may 2022-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Adana şəhərindəki Çukuroba Universitetində olublar.
Ezamiyyət zamanı onlar Çukuroba Universitetinin Ziraat (Kənd Təsərrüfatı) fakültəsində tədrisin təşkili və elmi-tədqiqat məsələləri ilə tanış olub, fakültə rəhbərliyi, kafedra (departament) rəhbərləri, professor-müəllim heyətləri ilə görüşlər keçiriblər. Müxtəlif tədqiqat laboratoriyaları, qida mühəndisliyi, o cümlədən, şərabçılıq laboratoriyaları ilə tanışlıq xüsusi maraq doğurub.
LDU-nun tədqiqatçılarına Çukuroba Universitetinin sitrus meyvə bağlarında bitki mühafizəsinin, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, məhsul yığımı və daşınması zamanı məhsul itkiləri ilə mübarizə, tinglik və şitillik işlərinin təşkili ilə yaxından tanış olmaq imkanı yaradılıb. Layihə iştirakçıları Çukuroba Universitetinin Kolleci və bağçılıq tədqiqat-təcrübə sahəsi ilə yaxından tanış olublar. Ziraat (Kənd təsərrüfatı) fakültəsi və Qida mühəndisliyi bölümü ilə Lənkəran Dövlət Universitetinin müvafiq struktur qurumları arasında gələcək əməkdaşlıq barədə razılığa gəlinib.
Eyni zamanda, layihə iştirakçılarından dos. Balayar Şahbazov və dos. Məlahət Ağayeva 23-27 may 2022-ci il tarixlərində Gürcüstan Respublikasının Bitki mühafizəsi Elmi-Tədqiqat Universitetində və Gürcüstan Aqrar Universitetində çayçılğın və sitrus meyvəçiliyin müasir texnologiyası, bitki mühafizəsi, xüsusilə, zərərverici və xəstəlik törədiciləri ilə inteqrativ mübarizə üsulları ilə yaxından tanış olaraq həmin təşkilatların laboratoriyalarında aparılan tədqiqat işlərini əyani şəkildə izləyərək onları maraqlandıran problemlər barədə alim və mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
Layihə iştirakçısı, baş müəllim Azər Calalov 21 may - 27 may 2022-ci il tarixlərində Rusiya Federasiyasının Tomsk şəhərində elmi ezamiyyəti zamanı Tomsk Politexnik Universitetində, həmin müəssisənin təlim-tədris bazası, təcrübə sahəsi, laboratoriyaları, elmi kitabxanaları, tədris prosesi ilə tanış olub.
14 iyun 2022-ci il tarixdə layihə rəhbəri, t.e.d. Mikayıl Məhərrəmovun Lənkəran Dövlət Universitetinin resipiyenti olduğu "Çay və sitrus bitkilərinin istehsal texnologiyasının, istifadə strukturunun, emal və saxlanma proseslərinin optimallaşdırılması və onun universitetin elmi və təhsil potensialının artırılmasına təsiri" qrant layihəsinin Təhsil Nazirliyi qarşısında MS Teams platforması üzərindən hesabatı dinlənilib. Hesabata Təhsil Nazirliyinin bir sıra məsul əməkdaşları və layihənin digər iştirakçıları da qoşularaq müzakirələrdə fəal iştirak ediblər.
Layihənin icra vəziyyəti iştirakçılar tərəfindən qənaətbəxş hesab edilib.

Mənbə: