Geri
Yolunuz açıq olsun!
Lənkəran
Dövlət Universitetində (LDU) keçirilən “Məzun
günü” Dövlət himnimizin səslənməsi ilə başlayıb.
Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi,
torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik
sükütla yad edilib.
Universitetin
rektoru, professor Natiq İbrahimov tədbir
iştirakçılarını salamlayaraq LDU-nu
bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb.
Bildirib ki, bu il LDU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 784 məzun,
magistratura səviyyəsində 24 ixtisaslaşma üzrə 111 məzun bitirir. LDU-nun son illərdə təhsilin inkişafı istiqamətində
uğurlarından, maddi-texniki bazanın əsaslı şəkildə yenilənməsindən, dünya
standartlarına uyğunlaşdırılmasından danışan
universitet rəsmisi əmin olduğunu bildirib ki, bu gün müstəqil həyata
mütəxəssis kimi vəsiqə alan məzunlar Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutacaq, onlara bəslənilən
etimadı layiqincə doğruldacaqlar. N.İbrahimov
təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların
müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan
sonra da davam etdiriləcəyini deyib.
Lənkəran
Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil
İdarəsinin müdiri Elxan Nəcəfov, LDU
İctimai şurasının sədri Güloğlan
Bağırov, valideyn Könül Məlikova, magistr Aytac Musazadə çıxışlarında məzunlara xoş arzularını
çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.
Tədbirdə
təhsilini uğurla başa vuranlar da mükafatlandırılıb. LDU-nu fərqlənmə diplomu
ilə bitirən bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə
ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna diplom, fəxri- fərman, təşəkkürnamələr verilib.
“Məzun
günü”ndə ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin
“Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru, Monterey şəhərinin
sabiq vitse-meri Nensi Selfric, Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri,
ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq
Mehrəliyeva, Monterey Peninsula
Collecinin tələbəsi Cavad Kərimli, ADA Universitetinin əcnəbi tələbəsi Ceyms Ezimoha, ADA məktəbinin
tələbəsi Səid Mehrəli, valideynlər iştirak ediblər.
Tədbir
Lənkəran Dövlət Universiteti və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleci tələbələrin
birgə hazırladıqları konsert proqramı ilə yekunlaşıb.