Geri

04/07/22

İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib.


Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının son həftəsində tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri bu gün universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər.
Şura üzvlərinə imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb, mərkəzin fəlaiyyəti ilə bağlı suallar cavablandırılıb, Operativ Qərargahın işi barədə ətraflı məlumat verilib.
LDU-nun təhsil həyatı, tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan əsaslı yenidənqurma işləri ilə yaxından tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Güloğlan Bağırov Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldığını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirib, universitet rəhbərliyinə minnətdarlıq edib.
Qeyd edək ki, İctimai şuranın üzvlərinə imtahanların gedişini sessiya boyunca əyani izləmək imkanı yaradılıb.

İctimai şura üzvləri  LDU-da imtahanların gedişini izləyib.


Mənbə:
Paylaş: