Geri
		23/08/22		
		LDU-da yay semestrinin imtahan sessiyası davam edir.
Lənkəran Dövlət Universitetində (LDU) 2021/2022-ci tədris ilinin yay semestrinin imtahan sessiyası davam edir. Universitetin I saylı  tədris korpusunda əyani formada keçirilən imtahanlar saat 9.00-da başlanır və 11.30-da  başa çatır.
İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq, müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə Operativ Qərargah yaradılıb( əlaqə nömrəsi 025-25-5-24-17). Eyni zamanda, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması  məqsədi ilə Apellyasiya komissiyasının yaradılması təmin edilib.
Qeyd edək ki, 22.08.2022-ci il tarixdə start götürən imtahan sessiyası 26.08.2022 –ci il tarixdə yekunlaşacaq.
			Mənbə: 
			
		
		
	
		
		
		
	






