Geri
LDU ilə Türkiyənin Qafqaz Universiteti arasında Akademik Əməkdaşlıq Protokolu imzalanıb.
Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimovun rəhbərliyi
ilə universitetin nümayəndə heyəti 5-9 sentyabr tarixlərində Türkiyə Cümhuriyyəti
Qafqaz (Qars) Universitetində işguzar səfərdə olub. Qafqaz Universitetinin
rektoru, prof.dr. Hüsnü Kapu başda olmaqla, universitetin rəhbərliyi və nümayəndə
heyəti lənkəranlı qonaqları yüksək səviyyədə qarşılayıb. İşgüzar görüş zamanı hər iki universitet arasında ikili diplom məsələsi,
tədris planlarının uyğunlaşdırılması, akademik mübadilə və əməkdaşlıq məsələlərinin
digər aspektləri ətraflı müzakirə edilib
və Akademik Əməkdaşlıq Protokolu
imzalanıb.
İmzalanmış Əməkdaşlıq protokoluna
əsasən:
Qafqaz Universitetinin Baytarlıq fakültəsinin üç müəllimi il ərzində
Lənkəran Dövlət Universitetinin Baytarlıq ixtisasında bakalavriat və
magistratura səviyyələri üzrə ən azı 18 fənnin tədrisinin həyata keçirilməsini
təmin edəcək ki, bunlar da əsasən ixtisas,
praktik vərdişlər, təcrübə tələb edən fənlərdir.
Qafqaz Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı işgüzar səfərlər mütəmadi davam
etdiriləcək.
LDU tələbələrinin tədris müddəti üzrə Qafqaz Universitetinin müvafiq
ixtisaslarında semestrlər və tədris ili
üzrə təhsil almaqlarına imkan
yaradılacaq.
LDU-nun Baytarlıq ixtisasının tələbələri istehsalat təcrübələrini (4
aylıq) Qafqaz Universitetində keçəcək.
Birgə tədbirlərin, konfransların, simpoziumların həyata keçirilməsi, akademik
nəşrlərin, xüsusilə, Qafqaz Universitetinin yüksək impakt faktorlu
jurnallarında məqalə nəşri və birgə layihələrin işlənməsi həyata keçiriləcək.
Hər iki universitetin Baytarlıq sahəsində hazırlıq üzrə tədris
planları uyğunlaşdırılaraq ikili diplomların təqdim olunması məqsədilə Türkiyə Cümhuriyyətinin YÖK-nə və Azərbaycan
Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.
Bundan əlavə, digər ixtisaslar üzrə də tələbə sayına heç bir məhdudiyyət qoyulmadan LDU tələbələrinin Qafqaz Universitetində və Türkiyəli tələbələrin LDU-da təhsil almalarına müvafiq şərait yaradılacaq. Əməkdaşlıq müqaviləsi çərçivəsində universitetlərin birlikdə müxtəlif layihələrdə, o cümlədən, Qrant layihələrində iştirakı təmin ediləcək.
Əməkdaşlıq
protokolunda, həmçinin iki layihənin (“Heyvanlarda embrion köçürülməsi” və
“Dabaq” və ya “Qarayara” xəstəliklərinin müalicə metodlarının yenidən
araşdırılması”) hər iki universitetin əməkdaşları
tərəfindən Qafqaz Universitetinin klinika və laboratoriyalarından istifadə etməklə
həyata keçirilməsi nəzərdə tutulub.
İşgüzar səfər zamanı LDU-nun nümayəndə heyəti Qafqaz Universitetində maldarlqı fermasına baş çəkib, baytarlıq xəstəxanasında görülən işlərlə və
aparılan tədqiqatlarla yaxından tanış olub.Həmçinin, Qars şəhərinin görməli
yerlərinə səyahət edib.
Lənkəranlı qonaqlara tələbə və müəllimlərin istifadəsi üçün Baytarlıq
ixtisası üzrə dərsliklər, jurnallar verilib.
Türkiyə və Azərbaycan dilində iki nüsxə olaraq hazırlanan maddədən
ibarət Əməkdaşlıq Protokolu imzalandığı tarixdən qüvvədə olub, 5 (beş) il müddətinə
nəzərdə tutulub.
Xatırladaq ki, 2017-ci ildə hər iki universitet arasında imzalanan
“Akademik Əməkdaşlıq Müqaviləsi”ndə universitetlər arası qarşılıqlı akademik əməkdaşlığın
inkişaf etdirilməsi, baytarlıq sahəsində əlaqələrin genişləndirilməsi əksini
tapmışdı. Qeyd edək ki, hazırkı protokol
əvvəlki müqaviləyə əlavə edilib.