Geri

21/09/22

Lənkəran Dövlət Universitetində yeni tədris korpusunun açılışı olub.


Sentyabrın 21-də Azərbaycan Respublikası Elm və təhsil naziri Emin Əmrullayevin və digər rəsmi şəxslərin iştirakı ilə Lənkəran Dövlət Universitetinin(LDU) yeni tədris korpusunun təntənəli açılış mərasimi keçirilib. Mərasimdən əvvəl Ümummilli lider H.Əliyevin Lənkəran şəhərindəki xatirə abidə kompleksi ziyarət edilib.
Mərasim Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə start götürüb.
Mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin, o cümlədən, bu ilin 12-13 sentyabınrda erməni təxribatının qarşısı alınarkən həlak olan əsgər və zabitlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov bütün tədbir iştirakçılarını salamlayaraq bu günkü tarixi LDU-nun həyatında ən əlamətdar gün adlandırılb. Bildirib ki, bu gün açılışını etdiyimiz yeni tədris korpusu LDU-da son illərdə istifadəyə verilən 3-cü yeni tədris korpusudur. Yeni tədris korpusunun tikintisinə 2021-ci ilin oktyabr ayında başlanıb və bu gün-sentyabrın 21-də tələbələrin üzünə açılır. 5 mərtəbəli korpus ümumilikdə 85 otaqdan ibarətdir və bir növbədə 1200 tələbənin təhsil alması üçün burada hər cür şərait yaradılıb. Modern uslubda tikilmiş yeni tədris binası liftlə təmin edilib. Həmçinin, fiziki məhdudiyyətli şəxslər də diqqətdə saxlanılıb. Belə şəxslərin bina daxilində rahat hərəkəti üçün pandus quraşdırılıb. Yeni tədris korpusunda mənəvi kütləvi tədbirlərin keçirilməsi, tələbələrin asudə vaxtlarının təşkili üçün istirahət guşələri də yaradılıb. Eyni zamanda, həyətdə yaşıllaşdırma işləri görülüb, gözəl park salınıb. Rektor bildirib ki, yeni korpusda "Filologiya və ibtidai təhsil", "Tarix-coğrafiya və incəsənət" fakültələrinin tələbələri təhsil alacaqlar. Professor Natiq İbrahimov 3 tədris korpusu ilə yanaşı, Elmi kitabxananın əsaslı təmirdən sonra istifadəyə verildiyini, yeni yataqxananın, tələbələr üçün yeməkxananın, turizm-tədris bazasının, müəllimlər üçün xidməti evlərin inşa edildiyini, aqrar sahədə təhsil alanlar üçün təcrübə təsərrüfatının yaradıldığını və universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.
Açılış mərasimində çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması və tədris korpusunun istifadəyə verilməsi münasibətilə LDU-nun professor-müəllim-tələbə heyətini təbrik edərək uğurlar arzu edib. Nazir son illərdə Azərbaycanda, həmçinin bölgələrdə təhsilin inkişafı istiqamətində görülən işlərdən söz açıb. Bu il ölkənin ali məktəblərinə daxil olan tələbələrin sayında böyük artım olduğunu deyən Emin Əmrullayev tələbələrin yarıdan çoxunun təhsil haqqlarının dövlət tərəfindən ödənildiyini, Təhsil Tələbə Krediti Fondunun bu istiqamətdəki sosial dəstəyindən söz açıb. Nazir yeni tədris korpuslarının tikintisini yüksək dəyərləndirərək deyib ki, bu, tələbələrin həvəslə oxumalarına stimul verir. Bu ilin Şuşa ili olduğunu diqqətə çatdıran Emin Əmrullayev azad olunmuş torpaqlarımızda yeni məktəblərin açılışından danışaraq pedaqoji fakültələrdə oxuyan tələbələri həmin məktəblərdə çalışmağa dəvət edib.
Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov yeni tədris korpusunun açılışını Lənkəran Dövlət Universitetinin 30 illik yubileyinə dəyərli töhfə adlandıraraq kollektivi, tələbə-müəllim heyətini bu münasibətlə təbrik edib.
Mİllət vəkili Rüfət Quliyev də açılış mərasimindəki çıxışında tələbələri vətənə sədaqətlə xidmət etməyə, keyfiyyətli mütəxəssislər kimi yetişməyə çağırıb.
Rəsmi hissədən sonra qonaqlar yeni tədris korpusu ilə əyani tanış olublar.




Lənkəran Dövlət Universitetində yeni tədris korpusunun açılışı olub.


Mənbə:
Paylaş: