Geri

15/11/22

LDU-da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı maarifləndirici tədbir


Lənkəran Dövlət Universitetində (LDU) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa, digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici seminar keçirilib.
Seminarı giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, filologiya elmləri doktoru Kamran Kazımov açaraq tədbirin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirildiyini bildirib.
Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov ölkədə narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa və digər zərərli vərdişlərə qarşı görülən mübarizə tədbirləri və Lənkəran Dövlət Universitetində bu istiqamətdə görülən profilaktik işlər barədə geniş məruzə edib. Məruzədə narkomaniya bütün əsrlərin ən dəhşətli bəlası adlandırılıb, cəmiyyət üçün böyük təhlükəsindən söz açılıb, ağır nəticələri faktlar və slaydlar əsasında şərh edilib.
Məruzə ətrafında “Kimya və fizika” kafedrasının müdiri, dos. İsa Hüseynov, Biologiyanın tədrisi metodikası və metodologiyası ixtisaslaşmasının I tədris ili magistrantı Naibəxanım Məlikli, Riyaziyyat müəllimliyi ixtisasının IV tədris ili tələbəsi Nərmin Ələsgərova çıxış etmişlər.

LDU-da narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı  maarifləndirici tədbir


Mənbə:
Paylaş: