Geri
18/11/22
LDU-da “Beynəlxalq Təhsil Həftəsi” günü
ABŞ-ın Merilend Universitetinin Baltimor vilayəti Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Julian onu müşayiət edən səfirlik əməkdaşları ilə birgə “Beynəlxalq Təhsil Həftəsi” günü çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub və rektor, prof. Natiq İbrahimovla görüşüb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi edilib.
Daha sonra ABŞ-ın Merilend Universitetinin nümayəndəsi Adam Julian LDU-nun tələbələri ilə görüşüb. Görüşdə tələbələrə Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlər, həmin universitetlərə müraciət qaydaları, orada təhsil imkanları, təqaüd proqramları və s. barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mənbə: