Geri

22/11/22

LDU-da maarifləndirici tədbir


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar növbəti tədbir keçirilib.
Tədbiri giriş sözü ilə LDU-nun Təbiyyat fakültəsinin dekanı, dos. Ramiz Şəmmədov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamı və mövcud sərancamdan irəli gələn vəzifələrin icrası barədə iştirakçılara ətraflı məlumat verib.
LDU-nun “Biologiya və ekologiya” kafedrasının müdiri, dosent Məmmədhüseyn Hüseynov mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə bərk məişət tullantılarının ekologiyaya vurduğu ziyan, onlardan səmərəli istifadənin iqtisadiyyatımıza verəcəyi səmərə və s.barədə ətraflı danışılıb, mövzu konkret faktlar əsasında təhlil edilib.
Məruzə ətrafında universitetin Kimya və biologiya müəllimliyi ixtisasının 4-cü tədris ili tələbəsi Sirac Qafarov və Ekologiya ixtisasının 4-cü tədris ili tələbəsi Tükan Quliyevanın çıxışları dinlənilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

LDU-da maarifləndirici tədbir


Mənbə:
Paylaş: