Geri
28/11/22
LDU-da məişət zorakılığı ilə bağlı maarifləndirici tədbir keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” çərçivəsində maarifləndirici tədbir keçirib.
25 noyabr-Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq Kampaniyası” çərçivəsində keçirilən görüşdə Lənkəran Dövlət Universitetinin tələbə və müəllimləri iştirak edib.
Moderator Əfsanə Tahirova, hüquqşünas Rəşid Məmmədov, multimedia sənətçisi Sitarə İbrahimbəyli, blogger Xanım Əzizovanın iştirakı ilə aparılan müzakirələrdə ayrı-seçkilik yaradan sosial normalar, onların gender əsaslı zorakılığın davam etməsində rolu, habelə zorakılığın qarşısının alınması yolları nəzərdən keçirilib. Çıxışlarda bildirilib ki, ictimai müzakirənin əsas məqsədi gender əsaslı zorakılıq və femisidlərlə mübarizə yollarını müzakirə etmək, habelə insan hüquqları mexanizmlərini cəmiyyətə aşılamaqdır. Layihə çərçivəsində fəal icmalar, müəllimlər, tələbələr və regional nümayəndələrin dəstəyi ilə məlumat sessiyalarının, maarifləndirici seminarların və təqdimatların keçirilməsi bu məqsədə xidmət edir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: