Geri
26/12/22
Elmi şura cari ildə son iclasını keçirib.
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şura 2022-ci ildə son iclasına nikbin notlarla başlayıb.
LDU-nun 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən təltif olunan şəxslərə müvafiq təltifnamələr-yubiley döş nişanları, fəxri-fərmanlar, təşəkkürnamələr təntənəli şəkildə təqdim olunub. LDU əməkdaşlarına təltifləri Elmi şuranın sədri, LDU-nun rektoru, professor Natiq İbrahimov təqdim edib. Bütün kollektivin başa çatmaqda olan 2022-ci ildəki fəaliyyətini yüksək dəyərləndirən rektor təltif olunanları təbrik edərək onlara universitetin elmi və ictimai həyatında daha böyük uğurlar arzu edib.
Təltifetmə mərasimindən sonra Elmi şurada “2022/2023-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri” müzakirə edilib. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərov məlumat verib.
Universitetin Elm və innovasiya məsələləri üzrə prorektoru, dos. Elvin Əliyev LDU-da keçirilmış Respublika və Beynəlxalq Elmi Konfransların hesabatını təqdim edib.
“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri barədə” direktor Leyla İbrahimovanın məlumatı dinlənilib.
Universitetin 2023-cu təqvim ili üçün smeta və ştat cədvəlinin təsdiqi haqqında Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib) Rəşad Rzazadə məlumat verib. Məlumatda cari ildə universitetdə əmək haqqlarının artımı əksini tapıb.
Elmi şurada cari məsələlər də gözdən keçirilib və müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.
Nikbin notlarla başlayan Elmi şura bayram ovqatı ilə də yekunlaşıb. Şuranın sədri, professor Natiq İbrahimov sonda iclas iştirakçılarını, həmçinin, bütün LDU ailəsini-proffesor-müəllim-tələbə-işçi heyətini 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2023-cü il münasibətilə təbrik edərək xoş bayram arzularını bildirib, ölkəmizin və universitetin həyatında bundan sonra da fəal iştiraklarını arzu edib.
Bununla da LDU-nun Elmi şurası 2022-ci ildəki işini yekunlaşdırıb.
Mənbə: