Geri

10/02/23

Gənclər və idman naziri tələbə gənclərlə görüşüb


Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Lənkəranda tələbə gənclərlə görüşüb. Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən görüşdə LDU-nun və universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar -Texnoloji Kollecin, Lənkəran Tibb Kollecinin tələbələri iştirak edib.
Görüşü Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov açaraq Gənclər və idman naziri Fərid Qayıbovu universitet rəhbərliyi adından salamlayıb və tələbələrlə görüşə vaxt ayırdığına görə minnətdarlıq bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında müasir Azərbaycanda aparılan gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb, gəncləri açıq söhbətə və səmimi dialoqa dəvət edib.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə şəhid tələbələrin xatirələrinin əbədiləşdirilməsi, gənclərin asudə vaxtlarının təşkili, məşğulluğunun təmini, idman sahəsində işlərin canlandırılması, bölgələrin idman qurğuları ilə təminatı, bu istiqamətdə işlərin müasir tələblər səviyyəsinə çatdırılması, gənclər düşərgələrinə bölgələrdə yaşayan gənclərin daha çox cəlb edilməsi, sosial şəbəkələrdən düzgün istifadə, erkən nikahların doğurduğu fəsadlar, gender bərabərliyinin qorunmasının vacibliyi, gənclərdə mütaliə vərdişlərinin aşılanması, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və sair barədə geniş fikir mübadiləsi edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Gənclər və idman naziri tələbə gənclərlə görüşüb


Mənbə:
Paylaş: