Geri

22/02/23

LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) 21 fevral- Beynəlxalq Ana Dili Günü ilə bağlı “Azərbaycan dili və ədəbiyyat” kafedrasında keçirilən tədbiri “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanı dos.Elman Mirzəyev açıb və bu günün keçirilməsinin tarixi barədə danışıb. Bildirib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm, ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
“Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri dos.Qədim Rufullayev mövzu ilə bağlı geniş məruzə edib. Məruzədə qeyd edilib ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Mövzu ətrafında kafedranın professoru Yədulla Ağazadə, dosent Elşad Səfərli, dosent Əlirza Əliyev çıxış edərək ana dilini qorumağın vacibliyindən, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, həllini gözləyən məsələlərdən danışıblar.
Tədbir fakültə tələbələrinin “Ana dili” mövzusunda hazırladıqları bədii kompoziyası ilə yekunlaşıb.
LDU-da Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.


Mənbə:
Paylaş: