Geri

14/03/23

Lənkəran Dövlət Universiteti Mətbuat xidmətinin məlumatı.


Məlumat üçün bildiririk ki, 14 mart 2023-cü il tarixdə gecə saatlarında LDU-nun rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı üzündən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilmişdir. Həmin yazıda həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilmişdir.
LDU-nun mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi rəsmilərinin diqqətinə çatdırırıq ki, həmin paylaşımda verilən məlumatlar universitetin rəsmi mövqeyi deyil.
Universitet rəhbərliyi baş verənlərə görə təəssüfləndiyini bildirir və diqqətinizə çatdırır ki, məsələdə günahkar olanlar barədə operativ ölçü götürülmüşdür. Belə ki, LDU-ya ünvanlanmış rəsmi məktubun qeyri-rəsmi şəxslərin əlinə düşməsinə və həmin sənədin universitetin rəsmi fesbok səhifəsində verilməsinə görə Lənkəran Dövlət Universitetinin Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilib. Həmçinin universitetin elektron məlumat daşıyıcılarının(veb səhifələrin) adminstratoru Ənvər Şahqubadbəyli səhlənkarlıq edib səhifəyə nəzarət etmədiyi üçün səhifə adminstratorluğundan azad edilib və ona töhmət verilib. LDU-nun elektron məlumat daşıyıcılarının(veb səhifələrin) adminstratoru vəzifəsi universitetin Elektron Universitet layihəsinin rəhbəri Mayis Eyniyevə tapşırılıb.
Lənkəran  Dövlət  Universiteti  Mətbuat xidmətinin məlumatı.


Mənbə:
Paylaş: