Geri
06/04/23
LDU-da Elmi şuranın növbəti iclası keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın iclasını şuranın sədri, universitetin rektoru prof. Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Elmi şurada ilkin olaraq “Universitetdə imtahan sessiyasının təşkili qaydaları”nın təsdiqi” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərovun məlumatı dinlənilib və geniş müzakirə edilib. Qızğın müzakirədən sonra Elmi şuranın sədri Natiq İbrahimov tələbələrin imtahan sessiyasının keçirilməsi qaydaları, bu sahədə olan yeniliklər barədə ətraflı və operativ məlumatlandırılması üçün fakültə dekanlarına, kafedra müdirlərinə, İKT və kitabxana mərkəzinə, tədris şöbəsinin məsələ ilə bağlı məsuliyyət daşıyan əməkdaşlarına konkret tapşırıqlar verib və icrasına şəxsən nəzarət edəcəyini bildirib.
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərov Elmi şura üzvlərini “Azərbaycan tarixi”, “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” və “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənlərinin tədris proqramları ilə bağlı aparılan müzakirələrin nəticələri” barədə də məlumatlandırıb.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı görülən və görüləcək işlər haqqında” Sosial məsələlər üzrə prorektor prof. Kamran Kazımov məlumat verib. Məlumatda keçirilmiş işlərin hesabatı verilib, keçiriləcək tədbirlər barədə söz açılıb.
İKT və kitabxana mərkəzinin direktoru Ənvər Şahqubadbəylinin “Universitetdə proseslərin avtomatlaşdırılması istiqamətində İKT mərkəzi tərəfindən görülmüş və görüləcək işlər haqqında” hesabatı dinlənilib. Çıxış zamanı bu sahədə görülmüş işlərlə yanaşı həllini gözləyən məsələlərə də toxunulub, yeni avadanlıqların alınması ilə bağlı təkliflər verilib.
Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi haqqında Elmi katib Allahşükür Quliyev məlumat verib.
Elmi şurada cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

Mənbə: