Geri
26/05/23
LDU məzunları üçün Əmək yarmarkası
Lənkəran Dövlət Universitetinin və Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə 26 may 2023-cü il tarixdə Əmək yarmarkası keçirilib. Lənkəran Olimpiya İdman Kompleksində təşkil olunan Əmək yarmarkasında Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 31 idarə, müəssisə, təşkilat və fərdi sahibkar iştirak edib. Lənkəran Dövlət Universitetinin yarmarkaya qatılan məzunları təqdim edilən 900-dən çox vakansiya ilə tanış olmaq imkanı əldə ediblər. Vakansiyalara müraciət edən məzunların anket məlumatları (CV forması) qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Əmək yarmarkasında rayon icra hakimiyyətinin rəsmiləri, LDU-nun bu ilki və ötənilki məzunları, Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialının əməkdaşları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak edib.
Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini bakalavr və magistratura səviyyələri üzrə 900-ə yaxın tələbə bitirir.

Mənbə: