Geri
01/06/23
LDU-da Elmi şuranın iclasında imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.
Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə Elmi şuranın sədri, professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlər barədə qısa açıqlama verib.
Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “2022/2023-cü tədris ilinin yaz semestrinin yekunu. İmtahan sessiyasına hazırlığın vəziyyəti” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos. İdrak Əsgərov məlumat verib. Bildirib ki, universitetdə cari tədris ilinin yaz semestri artıq yekunlaşıb və imtahan sessiyasına hazırlıq işləri də başa çatmaq üzrədir. 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası yeni qaydalar əsasında əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 02.06.2023-cü il tarixindən 04.07.2023-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin tədris qrupları üçün 10.06.2023-cü il tarixindən 17.06.2023-cü il tarixinədək keçiriləcək. Bütün fakültələr üzrə imtahanlar iki növbədə keçirillməklə 1-ci növbə saat 09:00-dan 11.30-dək, 2-ci növbə saat 14:00-dan 16:30-dək təşkil olunacaq.
İdrak Əsgərov bildirib ki, bu il ilk dəfə olaraq məhz yaz semestrində imtahanların vaxtının təyin olunmasında tələbələrə seçim hüququ verilib və onlar onlayn qaydada bu seçimdən isifadə ediblər. Yeni qaydalara əsasən tələbə imtahana düşən fənlərin gününü və saatını özü müəyyənləşdirmək imkanı əldə edərək imtahanları daha tez yekunlaşdırmaq şansı qazanıb. İmtahan keçiriləcək otaqlar kompüter, printer və digər lazımi texniki avadanlıqlarla təmin olunmuş, otaqlara internet xətti çəkilmişdir. İmtаhаn sеssiyаsında tələbələrin biliyinin qiymətləndirilməsində şəffаflığı və оbyеktivliyi təmin еtmək, yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədi ilə Оpеrаtiv Qərаrgаh yаrаdılmışdır. Sеssiyаnın gеdişi zаmаnı imtаhаnlаrın nəticəsindən yаrаnа biləcək nаrаzılıqlаrın və şikаyətlərin mövcud qаydаdа аrаşdırılmаsı və müvafiq qərar qəbul edilməsi məqsədi ilə sessiya müddətində Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına hər bina üzrə bir otaq ayrılmışdır.
Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirildilmişdir. 27 və 30 iyun tarixlərinin yerinə tələbələrə 25-i və digər günlərdən birini seçmək imkanı yaradılmışdır. Həmçinin şifahi imtahanlara düşən tarixlər də dəyişdirilərək fakültə dekanları tərəfindən yeni vaxtlar təyin olunmuşdur. Yaz imtahan sessiyasının keçirilməsi ilə bağlı yeni qaydalara müvafiq Elektron baza əsasında keçirilmiş sınaq imtahanları uğurla nəticələnmişdir.
Elmi şurada “Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılan Universitetin akkreditasiyası haqqında” yoxlamanın nəticələri barədə də Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dos. İdrak Əsgərov məlumat verib.
Şura iclasında cari məsələlərə də baxılıb və müzakirə edilən bütün məsələlər barədə müvafiq qərarlar qəbul edilib.

Mənbə: