Geri
LDU-da ekoloji mövzuda maarifləndirici seminar
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2023-cü il üçün Tədbirlər Planı”nın icrası ilə əlaqədar tələbələr üçün maarifləndirici seminar keçirilib.
Seminarı Təbiyyat fakültəsinin dekanı Ramiz Şəmmədov açıb və sərəncamdan irəli gələn vəzifələr, bu istiqamətdə ölkədə və LDU-da aparılan profilaktiki tədbirlərdən danışıb. Ramiz Şəmmədov su ehtiyatlarından səmərəli istifadəni bəşəriyyətin ən qlobal problemi kimi dəyərləndirib, cəmiyyətin bu istiqamətdə maarifləndirilməsinin vacibliyini qeyd edib.
Seminarda “Ekologiya” I tədris ili tələbələri Aytac Quluzadə və Nəzirə Əliyevanın “Azərbaycanın su ehtiyatlarının qorunması” mövzusunda məruzələri dinlənilib.