Geri
08/06/23
İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib.
Lənkəran
Dövlət Universitetində (LDU) 2022/2023-cü tədris ilinin yaz
semestrinin imtahan sessiyasında
tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə
universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər. İctimai şuranın sədri
Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin
I və II saylı tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi barədə əyani
tanış olublar.
İctimai şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən
razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini,
tələbələr üçün lazımi şəraitin yaradıldığını bildirərək universitet rəhbərliyinə
minnətdarlıq ediblər.
Qeyd
edək ki, İctimai şuranın üzvlərinə imtahanların gedişini sessiya boyunca əyani
izləmək imkanı yaradılıb.
Mənbə: