Geri
21/06/23
Erasmus+ layihəsi çərçivəsində görüş
Bakı Biznes Universitetinin koordinatorluğu və
Avropa Komissiyasının dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar
Konfransının yaradılması” adlı Erasmus+ ECAR layihəsi çərçivəsində Lənkəran Dövlət
Universitetində görüş keçirilib. Görüşdə Bakı Biznes Universitetinin Beynəlxalq
əlaqələr üzrə prorektoru Eşqin Bayramov, layihənin koordinatoru Gülşən
Bayramova, Lənkəran Dövlət Universitetinin prorektorları və Beynəlxalq şöbəsinin
əməkdaşları iştirak edib. Həmin görüşdə layihənin gedişatı və görülmüş işlər
barəsində danışılıb. Lənkəran Dövlət Universitetinin layihədəki xüsusi rolu
qeyd olunub, əməkdaşları maraqlandıran suallar cavablandırılıb və lazimi məsələlər müzakirə edilib.
Mənbə: