Geri

25/06/23

“Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans


Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans keçirilib.
S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində keçirilən tədbirin iştirakçıları məktəbin nəzdindəki şəhidlər abidəsini ziyarət edərək önünə çiçək dəstələri düzüblər. Hərbi geyimli məktəblilər təntənəli marşın səadaları altında hərbi keçid edib.
Məktəbin akt zalında keçirilən konfrans Ulu öndər H.Əliyevin və vətənimizin müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Konfransda S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin müəllimi Arzuman Tağıyevin və ehtiyatda olan hərbçi, müharibə veteranı, polkovnik-leytenant Emin Quliyevin məruzələri dinlənilib.
Konfrans məktəb şagirdlərinin ifasında hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.


“Heydər Əliyev müasir Azərbaycan Ordusunun qurucusudur” mövzusunda konfrans


Mənbə:
Paylaş: