Geri

27/06/23

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbəti ilə LDU kollektivinə Təbriki.


İslam dünyasının ən müqəddəs bayramlarından biri də Qurban bayramıdır. Bu bayram humanist dəyərlərə, ali insani hisslərə söykənir, dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzinə çevrilib. Müqəddəs Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin bütün kollektivini-professor-müəllim-tələbə-işçi heyətini ürəkdən təbrik edir, xoş bayram arzularımı bildirirəm.
Azərbaycan xalqı 3 ildir ki, Qurban bayramını azad olunmuş torpaqlarda- Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə, Zəngilanda qeyd edir. Bu böyük Zəfər sevincini xalqımıza yaşadan şəhid oğullarımızı müqəddəs Qurban bayram günündə bir daha ehtiramla yad edir, ruhunuz şad olsun-deyir, qazilərimizə can sağlığı diləyirəm.
Qoy Qurban bayramı dünyamıza sülh, əmin-amanlıq, firavanlıq, salamatlıq, xoşbəxtlik gətirsin! Süfrələrinizin ruzisi heç zaman əskilməsin. Kəsdiyiniz qurbanlar qəbul, etdiyiniz dualar çin olsun.
Qurban bayramınız mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.
Qeyd edək ki, Qurban bayramı münasibətilə Lənkəran Dövlət Universitetinin bütün kollektivinə-professor-müəllim və işçi heyətinə pul mükafatları verilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Qurban bayramı münasıbəti ilə LDU kollektivinə  Təbriki.


Mənbə:
Paylaş: