Geri
06/10/23
Tələbələrlə görüş
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İnsan Resursları departamentinin direktoru Rauf Abbasov, Xidmətin Sənədlərlə iş şöbəsinin müdiri Vüsalə Əliyeva və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı ərazi idarəsinin müdiri İmran Əzizov Lənkəran Dövlət Universitetinin sonuncu tədris ili tələbələri ilə görüşüb.
Görüşdə tələbələrə ödənişsiz təcrübə keçmələri, işlə təmin olmaq imkanları, layihə çərçivəsində cari ildə işə götürənlər barədə ətraflı məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar xidmət əməkdaşları tərəfindən cavablandırılıb.
Mənbə: