Geri

27/09/19

Lənkəran Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib.


Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin bütün xanım əməkdaşlarını bayram münasibəti ilə təbrik edərək onlara şəxsi həyatlarında və əmək fəaliyyətlərində uğurlar arzu edib.8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edən universitet rəsmisi ötən tarixi dövr ərzində qadınların ictimai-siyası fəallıqlarının inanılmaz şəkildə artdığını, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrildiyini deyib.Bu inkişafın özünü Azərbaycan qadınının timsalında aydın göstərdiyini vurğulayan Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğunu qeyd edib,minnətdarlıq bildirib, bayram arzularını çatdırıb.

Sonra LDU-nun ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadınların bir qrupuna qızılgüllər hədiyyə edilib.

Xatırladaq ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün qadın əməkdaşlara pul mükafatları verilib.


Lənkəran Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü qeyd edilib.


Mənbə:
Paylaş: