Geri

19/10/23

LDU-da baytarlıq mövzusunda elmi seminar keçirilib.


Lənkəran Dövlət Universitetinin (LDU) “Aqrar və mühəndislik” fakültəsində Türkiyə Cümhuriyyətinin Kafkas Universitetindən gələn mütəxəssis müəllimlərin iştirakı ilə baytarlıq mövzusunda elmi seminar keçirilib. Tədbiri fakültənin dekanı, dos. Balayar Şahbazov açıb və son illərdə türkiyəli alim-mütəxəssislərin birgə iştirakı ilə keçirilən elmi seminarların LDU-nun baytarlıq ixtisasında təhsil alan tələbələri üçün böyük önəm daşıdığını deyib.

Türkiyənin Kafkas Universitetinin baytarlıq fakültəsinin müəllimi, prof. dr. İsa Özaydın “Atların artikulyasiya biomexanikasında sinovial mayenin rolu” mövzusunda geniş məruzə edib. Prof. dr. İsa Özaydın təqdimatında atlarda oynaqların anatomik quruluşu və biomexaniki xüsusiyyətləri haqqında məlumat verərək oynaqlardakı sinovial mayenin xüsusiyyətlərini və funksiyalarını ətraflı izah edib. Bundan sonra oynaq xəstəliklərinin diaqnostikası və müalicə üsulları, sinovial maye analizlərinin diaqnostik əhəmiyyəti izah edilib. Təqdimatın sonuncu hissəsində sinovial mayenin müalicə və dərman kimi istifadə edildiyi cərrahi əməliyyatlarda rolu haqqında geniş danışılıb.

Təqdimat başa çatdıqdan sonra tələbələrin sualları cavablandırılıb. Prof. dr. Yavuz Öztürklərin moderatorluğu ilə keçirilən seminarın texniki dəstəkçisi Dos. dr. Murat Can Demir olub.

LDU-da baytarlıq  mövzusunda  elmi seminar keçirilib.


Mənbə:
Paylaş: