Geri
İqtisadi mövzuda seminar
Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat və innovativ idarəetmə kafedrasında növbəti elmi seminar keçirilib. Seminarı giriş sözü ilə İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, dosent Aytəkin Əfəndiyeva açıb. Seminarda kafedranın müəllimi Murad Məmmədov “Logistika strategiyası və logistik təşkilatlar” mövzusunda məruzə edib.
Məruzədə logistika zəncirinin qurulması və hərəkətverici amilləri təhlil edilərək strateji tədarük zənciri, struktur-logistik strategiya, funksional- logistik strategiyaları və logistik təşkilatlarının fəaliyyət modelləri araşdırılıb. Elmi seminarda respublikada logistikanın inkişafı istiqamətində son dövrdə aparılan təcrübi işlərdən, bu sahədə olan elmi yeniliklərdən, həllini gözləyən məsələlərdən ətraflı söz açılıb.
Elmi seminarın sonunda mövzu ətrafında suallar cavablandırılıb.