Geri

06/11/23

LDU-da növbəti Elmi şura keçirilib


Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. İclası universitetin rektoru, Elmi şuranın sədri prof. Natiq İbrahimov açıb və iştirakçıları qarşıdakı Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu son 200 ilin ən böyük Zəfər tarixini yazıb və sevindirici haldır ki, bu tarix Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Hazırda üçrəngli bayrağımızın Azərbaycanın bütün ərazisində dalğalandığını deyən prof. Natiq İbrahimov 44 günlük Vətən müharibəsində və bu ilin sentyabrında qazanılan qələbəni xalqın böyük zəfəri kimi dəyərləndirib, gündəlikdə duran məsələlər barədə iştirakçıları məlumatlandırıb.
Elmi şurada ilkin olaraq “2023/2024-cü tədris ilinin payız semestrində tədrisin vəziyyəti. I kollokviumların gedişi” barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov məlumat verib.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrində tədrisin gedişi ilə bağlı kollecin direktoru Leyla İbrahimovanın məlumatı dinlənilib.
Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev universitetdə keçirilmiş Respublika və beynəlxalq elmi-praktik konfransların hesabatını təqdim edib.
Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi və “Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsi barədə Elmi katib Allahşükür Quliyev məlumat verib.
Elmi şurada cari məsələlər də diqqətdən keçirilib və müvafiq qərarlar qəbul edilib.
LDU-da növbəti Elmi şura keçirilib


Mənbə:
Paylaş: