Geri

22/11/23

Tamaşaya kollektiv baxış.


Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi Lənkəran Dövlət Dram Teatrının səhnəsində qırğız yazıçı Çingiz Aytmatovun “Cəmilə” tamaşasını izləyib. “Cəmilə” povesti əsasında səhnələşdirilən yeni tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Gülü Süleymanlı, rejissor assistenti Günay Səlimzadədir. Rolları Aysel Babazadə (Cəmilə), Teymur Hacızadə (Seyit), Emil Rzayev (Danyar), Aynur Əhmədova (Ana), Buludxan Buludov (Orozmət ağa), Saleh Əzimzadə (Osman), Səyyad Əliyev (Sadiq), Ayşən Əsədova, Məleykə Cəfərova, Günel Abbaszadə, Vəfa Hacızadə (kəndli qızlar), Əlirza Şahbazi və Amil İbrahimli (kəndli oğlanlar) ifa ediblər.
LDU-nun rektoru, prof. Natiq İbrahimov , universitetin müəllim-tələbə heyəti aktyor heyətinin oyunundan razı qalıblar. Tamaşa anşlaqla qarşılanıb.

Tamaşaya kollektiv baxış.


Mənbə:
Paylaş: