Geri
10/12/23
LDU təmsilçiləri Ulu öndər H. Əliyevə həsr edilmiş Beynəlxalq konfransda iştirak edib
8 dekabr tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans işinə başlayıb.
Beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU), Kayseri Universiteti (KAYÜ), Litvanın Mikolas Romeris Universiteti (MRU), Ukraynanın Kiyev Milli Texnologiya və Dizayn Universiteti (KNUTD) və Qırğız Respublikasının Qırğız İqtisad Universiteti (KEU) həmtəşkilatçılığı ilə keçirilib.
Beynəlxalq konfransa dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlarından akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıb. Lənkəran Dövlət Universitetini konfransda LDU-nun rektoru, prof. Natiq İbrahimov başda olmaqla nümayəndə heyəti təmsil edib.
Konfrans iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər. Konfrans Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Beynəlxalq konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov, Qazi Universitetinin rektoru Musa Yıldız, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov, Litvanın Mykolas Romeris Universitetinin (MRU) rektoru İnqa Zaleniene, Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa, KNUTD-un rektoru İvan Qrişenko, RİSEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka, KEU-nun rektoru Almaz Kadıraliyev, Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini icra edən Yaşar Ömərov, AHBVU-nun Turzim fakültəsinin dekanı İrfan Yazıcıoğlu, müstəqil tədqiqatçı Işıl Keskin Şahan çıxış ediblər.
Beynəlxaql konfransa ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olub. Lənkəran Dövlət Universitetinin tədqiqatçıları da konfransa məqalə və tezislərlə qatılıblar.
MDU-nun rektoru Ş.Bayramovun moderatorluq etdiyi plenar iclasda Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz “Texnologiyanın gələcəyi və məhək daşları: sənaye inqilabları”, LDU-nun dosenti Gülbəniz Əliyeva “Davamlı inkişaf strategiyası və iqtisadi hədəflər”, müstəqil tədqiqatçı Işıl Keskin Şahan “Davamlılıq oxunda rəqəmsal marketinq veə Greenwashing”, AHBVU-nun MDU-da fəaliyyət göstərən qonaq professor Evren Güçer “Post-konflikt inkişafı bibliometriya və məzmun təhlili ilə qiymətləndirmə” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfrans dekabrın 9-u 10 üzbəüz və 18 bölmə iclasları ilə işini davam etdirib. Bölmə iclaslarında davamlı inkişaf strategiyası, keyfiyyətli təhsil, dördüncü sənaye inqilabı, yaşıl enerji, təmiz ətraf mühit, postkonflikt inkişaf çağırışları, humanitar elmlərdə yeni tendensiyalar, türk dünyası, turizmin davamlı inkişafda artan rolu və digər mövzularda məruzələr dinləniləcək və müzakirələr aparılıb.
Konfrans iştirakçıları fasilə zamanı Heydər Əliyev Mərkəzini, “Azərbaycan İES” MMC-ni və Mingəçevir Sənaye Parkını ziyarət ediblər.

Mənbə: