Geri

17/12/23

TƏBRİK EDİRİK!


Lənkəran Dövlət Universitetinin 2 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

Lənkəran Dövlət Universitetinin (LDU) təhsildə yüksək nailiyyətləri olan 2 tələbəsi “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

“Heydər Əliyev adına təqaüd”ə layiq görülən LDU tələbələri aşağıdakılardır:

1. Nuranə Novruzlu – riyaziyyat-informasiya müəllimliyi II tədris ili

2. Elmira Rüstəmova – kimya-biologiya müəllimliyi III tədris ili

Təqaüd tələbələrə Azərbaycan müəllimlərinin Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayında təntənəli şəkildə təqdim edilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, nazir müavinləri, ali məktəblərin rektorları və digər rəsmi şəxslər iştirak ediblər.

Hər iki tələbəmizi LDU ailəsi adından təbrik edirik!

Ümummilli Liderimizin 100 illiyini təntənəli şəkildə qeyd etdiyimiz vaxtda Ulu Öndərimizin adını daşıyan təqaüdə layiq görülmək qürurvericidir!

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən, bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir.

TƏBRİK EDİRİK!


Mənbə:
Paylaş: