Geri

07/01/24

LDU-da payız semestrinin imtahan sessiyasına start verilib.


07.01.2024-cü il tarixindən Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 07.01.2024-cü il tarixindən -1.02.2024-cü il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyələrinin I-IV tədris ili qrupları üçün 08.01.2024-cü il tarixdən 13.01.2024-cü il tarixinədək, V tədris ili qrupları üçün 25.01.2024-cü il tarixinədək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən (yazılı) keçirilir.
LDU-nun rektoru, professor Natiq İbrahimov imtahanların gedişini izləmək məqsədilə bu gün universitetin tədris korpuslarına baş çəkərək vəziyyətlə əyani tanış olub, tələbələrlə söhbətləşib. Rektor professor-müəllim heyəti ilə görüşü zamanı onları tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və imtahanlarda şəffaflığın təmin edilməsi üçün bütün imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıb. İmtahanlarda tələbələrə və professor-müəllim heyətinə uğurlar arzulayan rektor Natiq İbrahimov imtahan sessiyasının davam etdiyi müddət ərzində prosesə gündəlik nəzarət edəcəyini, neqativ halların qarşısının alınacağını bildirib.
Qeyd edək ki, LDU-da bütün fakültələr üzrə imtahanlar tələbələrin əvvəlcədən sərbəst seçdiyi günlər üzrə iki növbədə keçirilməklə, 1-ci növbə saat 09:00-dan 11.30-dək, ikinci növbə saat 14.00-daaan 16.30-dək təşkil olunacaq. Xatırladaq ki, ötən sessiyadan tələbələrə imtahan günlərini və suallarını elektron qaydada seçmək imkanı yaradılıb. İmtahan nəticələrinin universitetin rəsmi saytında(www.lsu.edu.az) operativ yerləşdirilməsi təmin ediləcəkdir.
Sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər tədbirləri həyata keçirmək məqsədi ilə rektor Natiq İbrahimovun sədrlik etdiyi Operativ Qərargah yaradılıb(025-5-27-86; 025-5-54-18).
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin operativ olaraq araşdırılması və müvafiq qərar qəbul edilməsi məqsədi ilə yaradılmış Apellyasiya komissiyaları bu gündən fəaliyyətdədir və bütün tədris korpuslarında onlar üçün müvafiq otaqlar ayrılıb.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilib. Kitabxana hər gün 08.30-dan 17.30-dək fəaliyyət göstərir. Xatırladaq ki, universitetin Elmi kitabxanasında müasir oxu zalları və elektron kitabxana tələbələrin ixtiyarındadır.

LDU-da payız semestrinin imtahan sessiyasına start verilib.


Mənbə:
Paylaş: