Geri
10/01/24
İctimai şura üzvləri LDU-da imtahanların gedişini izləyib.
Lənkəran Dövlət Universitetində (LDU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri universitetdə olub və LDU-da keçirilən imtahanların gedişini canlı izləyiblər. İctimai şuranın sədri Güloğlan Bağırov, şura üzvü Tofiq Heydərov universitetin bütün tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə əyani tanış olublar.
İmtahan tarixlərinin və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması İctimai şuranın üzvlərinin diqqətini xüsusilə cəlb edib. Lənkəran Dövlət Universitetində gördüklərindən razı qalan şura üzvləri imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyi, tələbələr üçün lazımi şərait yaradıldığı üçün universitet rəhbərliyinə minnətdarlıq bildiriblər.

Mənbə: