Geri

20/01/24

LDU-nun kollektivi Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət edib.


Bu gün Azərbaycan xalqının tarixində ən ağrılı, həm də qanla yazılmış şərəf, qəhrəmanlıq, qürur salnaməsi olan 20 Yanvar faciəsindən 34 il ötür.Faciənin ildönümündə Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti başda universitetin rektoru, professor Natiq İbrahimov olmaqla Lənkəran şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Abidə Kompleksini ziyarət ediblər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının –azadlıq mücahidlərinin ruhu ehtiramla anılıb, məzarları üzərinə tər qərənfillər düzülüb.
Xatırladaq ki, 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə bağlı Lənkəran Dövlət Universitetində silsilə tədbirlər keçirilib. Universitetin Elmi kitabxanasında faciəni əks etdirən kitab sərgisi təşkil olunub, “20 Yanvar qan yaddaşımızdır” adlı konfrans keçirilib.

LDU-nun kollektivi Şəhidlər Xatirə  Abidə Kompleksini ziyarət edib.


Mənbə:
Paylaş: