Geri
06/02/24
Azərbaycanın ən gənc seçicisi-ikiqat sevinc duyuram!
Azərbaycanın ən gənc seçicisi məlum olub. Bu, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin sığorta işi ixtisasının II tədris ili tələbəsi Mir-Rasif Rasim oğlu Heydərovdur. Mir-Rasif Heydərovun 18 yaşı növbədənkənar prezident seçkilərinin keçirildiyi 7 Fevral tarixində tamam olacaq. O, 2006-cı ildə Lənkəran rayonunun Seyidəkəran kəndində ziyalı ailəsində anadan olub, ailənin ilkidir.
Bu gün Sosial və Aqrar-Texnoloji Kollecin direktoru Leyla İbrahimova ölkənin ən gənc seçicisinə seçici vəsiqəsini təntənəli şəkildə təqdim edib, ilk dəfə səs verməsi və doğum günü münasibətilə kollektiv adından təbrik edərək xoş arzularını çatdırıb.
Söhbət zamanı Mir-Rasif 18 yaşının tamamının 7 Fevral- növbədənkənar prezident seçkiləri ilə eyni tarixə düşdüyündən sevindiyini və həmin gün ikiqat sevinclə məntəqəyə gedərək istədiyi namizədə səs verəcəyini deyib.
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri

Mənbə: