Geri

19/02/24

LDU tələbələrinin istehsalat və pedaqoji təcrübələrinə start verilib


Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında 2023-2024-cü tədris ilinin yaz semestrində bakalavriat səviyyəsinin əyani təhsilalma forması üzrə sonuncu tədris ili ixtisas qruplarında təhsil alan, bu semestr istehsalat və pedaqoji təcrübə keçəcək tələbələrlə görüş keçirilib. Tədbiri universitetinTədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov açıb və təcrübənin təşkili ilə bağlı tələbələrə geniş açıqlama verib.Bildirib ki, bu semestr 204 tələbə istehsalat təcrübəsində, 572 tələbə pedaqoji təcrübədə iştirak edəcək. Təcrübələrin mütəşəkkil təşkil edilməsi üçün ixtisaslara müvafiq istehsalat müəssisələri və tam orta məktəblərlə müqavilələr bağlanıb.
İstehsalat təcrübəsi “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Turizm işinin təşkili” ixtisası üzrə 7 (yeddi) həftə olmaqla 16 fevral - 4 aprel 2024-cü il, “Təbiyyat” fakültəsinin “Ekologiya”, “Aqrar və mühəndislik” fakültəsinin “Qida mühəndisliyi”; “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Meşəçilik”, “Bitki mühafizəsi”, Tarix-coğrafiya və incəsənət fakültəsinin “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasları üzrə 14 (on dörd) həftə olmaqla 16 fevral - 24 may 2024-cü il, “Aqrar və mühəndislik” fakültəsinin “Kompüter mühəndisliyi”; “İnformasiya texnologiyaları”; Filologiya və İbtidai təhsil” fakültəsinin “Tərcümə (ingilis dili üzrə)” ixtisasları isə 20 (iyirmi) həftə olmaqla 16 fevral - 14 iyun tarixləri aralığında keçiriləcəkdir.
Pedaqoji təcrübə “Təbiyyat” fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” V tədris ili (A və B ixtisas qrupları), “Kimya və biologiya müəllimliyi” V tədris ili (A və B ixtisas qrupları), “Tarix-coğrafiya və incəsənət” fakültəsinin “Tarix və coğrafiya müəllimliyi” V tədris ili (A və B) ixtisas qruplarında 14 həftə olmaqla 16 fevral 2024-cü il tarixində başlanıb və 24 may 2024-cü il tarixində bitməsi, “Təbiyyat” fakültəsinin “Riyaziyyat müəllimliyi“, “Fizika müəllimliyi”, “Texnologiya müəllimliyi” ixtisaslarında IV tədris ili, “Filologiya və ibtidai təhsil” fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” (A və B ixtisas qrupları), “Xarici dili müəllimliyi (ingilis dili üzrə)” (A və B ixtisas qrupları), “İbtidai sinif müəllimliyi” (A və B ixtisas qrupları), “Məktəbəqədər təhsil” ( A və B ixtisas qrupları), “Təhsildə sosial-psixoloji xidmət” ixtisaslarında IV tədris ili, “Tarix-coğrafiya və incəsənət” fakültəsinin “Tarix müəllimliyi” (A və B ixtisas qrupları), “Coğrafiya müəllimliyi”, “Musiqi müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi” ixtisaslarında IV tədris ili tələbələri üçün 20 həftə olmaqla 16 fevral 2024-cü il tarixində başlanıb və 04 iyul 2024-cü il tarixinədək təşkil edilməsi nəzərdə tutulmuşdur.
Tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi şöbəsinin müdiri Rəşad Fərəczadə tədbirdə istehsalat və pedaqoj təcrübəyə buraxılan tələbələri maraqlandıran sualları cavablandırıb.



LDU tələbələrinin istehsalat və pedaqoji təcrübələrinə start verilib


Mənbə:
Paylaş: