Geri
09/03/24
8 Mart Beynəlxalq Qadınlar Günü LDU-da qeyd edilib.
Lənkəran Dövlət Universitetində (LDU) 8 Mart –Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. LDU-nun rektoru, professor Natiq İbrahimovun universitetin və LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin xanım əməkdaşlarına və tələbələrinə bayram təbrikini LDU-nun Baş Elmi katibi və Aparat rəhbəri Allahşükür Quliyev təqdim edib. Təbrikdə 8 Mart Beynəlxalq Qadınlar Bayramının tarixinə ekskursiya edilib, Azərbaycan qadınının ölkənin ictimai-siyası həyatında artan rolundan söz açılıb, Lənkəran Dövlət Universitetinin əldə etdiyi uğurlarda universitetdə çalışan xanım əməkdaşların böyük əməyinin olduğu qeyd edilib, onlara minnətdarlıq bildirilib, xoş bayram arzuları çatdırılıb.
Sonra LDU-nun və kollecin ictimai həyatında yaxından iştirak edən, fəallıqları ilə seçilən qadın əməkdaşların və tələbələrin bir qrupuna universitet rəhbərliyi tərəfindən “Təşəkkürnamə”lər, qızılgüllər təqdim edilib.
Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Çalışdığı müddət ərzində göstərdiyi səmərəli fəaliyyətinə, mətbuat və kütləvi informasiya vasitələrində LDU-nun təhsil fəaliyyətinin işıqlandırılmasında göstərdiyi xidmətlərinə görə” Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Bayram tədbirində Fəxri mükafatı Esmira İsmayılovaya Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov təqdim edib.
Bayram tədbirində 8 Mart Qadınlar Günü ilə bağlı hazırlanmış video-rolik nümayiş etdirilib.
Şux mahnı və rəqslərdən ibarət konsert proqramı bayrama xoş ovqat qatıb, iştirakçılara bayram əhval-ruhiyyəsi və sevinc bəxş edib.
Qeyd edək ki, 8 Mart Qadınlar Günü münasibəti ilə LDU-da çalışan bütün qadın əməkdaşlara pul mükafatları verilib.
Mənbə: