Geri

09/04/24

Şura iclasında Elmi şuranın yeni tərkibi təsdiqləndi


Lənkəran Dövlət Universitetində (LDU) Elmi şuranın növbəti iclası keçirilib. Şura iclasını Elmi şuranın sədri, prof. Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.
Elmi şurada müzakirəyə çıxarılan ilk məsələ “Lənkəran Dövlət Universitetinin Elmi Şurasının tərkibinin təsdiqi” olub. Bu barədə Baş elmi katib, dos. Allahşükür Quliyev məlumat verib.
“2023/2024-cü tədris ilinin yaz semestrinin gedişi. I kollokviumlara hazırlığın vəziyyəti və gedişi” haqqında Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədovun məlumatı dinlənilib.
LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə 2023/2024-cü tədris ilinin yaz semestrinin gedişi ilə bağlı məlumatı kollecin direktoru Leyla İbrahimova təqdim edib.
Şura iclasında “Universitetin Elmi və Tədris Metodiki Şurasında baxılan işlərin müzakirəsi” ilə bağlı Baş elmi katib dos. Allahşükür Quliyevin məlumatı dinlənilib.
Elmi şurada cari məsələlər də gözdən keçirilib və müvafiq qərarlar qəbul edilib.
Elmi şuranın sədri prof. Natiq İbrahimov iclasın sonunda şura üzvlərini, bütün LDU kollektivini müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək xoş bayram arzularını çatdırıb.

Şura iclasında  Elmi şuranın yeni tərkibi təsdiqləndi


Mənbə:
Paylaş: