Geri

06/05/24

LDU-nun müəllimi Danimarkada səfərdə olub


15-19 aprel tarixlərində Refresh layihəsi çərçivəsində Danimarka Texniki Universitetinə koordinator(UNEC) və tərəfdaş universitetlərin nümayəndələrinin iştirakı ilə səfər həyata keçirilib. Həmin səfərlə bağlı 6 may 2024-cü il tarixində Lənkəran Dövlət Universitetinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Cavidan Əliyev məlumatlandırma sessiyası keçirib. Məlumatlandırma sessiyasında universitetin müəllim və tələbə heyəti iştirak edib.
Sözügedən səfərin iştirakçısı Cavidan Əliyev səfərin əsas məqsədi, əldə olunan yeni məlumatlar, alternativ və bərpa olunan enerji sahəsi üzrə hazırlanan yeni layihələr, onların əhəmiyyəti haqqında ətraflı məlumat verib, bununla bağlı hazırladığı təqdimatı iştirakçılara təqdim edib.
Keçirilən tədbir müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb.





LDU-nun müəllimi Danimarkada səfərdə olub


Mənbə:
Paylaş: